quran ayəsinə çevirmək

to turn smth. into dogma превращать в догму
qundaqdan (körpə vaxtlardan, lap uşaqlıqdan)
qurban kəsim!
OBASTAN VİKİ
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Beit Al Quran
Beytül-Quran (ərəb. بيت القرآن‎, mənası: Quran Evi ) İslam incəsənətinə həsr olunmuş çoxməqsədli kompleksdir və Bəhreynin Hura şəhərində yerləşir.(1-ci istinad) 1990-cı ildə yaradılmış kompleks dünyanın ən tanınmış İslam muzeylərindən biri kimi qəbul edilən İslam muzeyi ilə məşhurdur.(2-ci istinad) == İstifadəyə verilməsi == Kompleksin tikintisinə 1984-cü ildə başlanılıb və muzey 1990-cı ilin martında Əbdül Lətif Casim Kanu tərəfindən rəsmi olaraq istifadəyə verilib. Bu Quran və digər nadir əlyazmaların hərtərəfli və qiymətli kolleksiyasını yerləşdirmək" üçün tikilib.(3-cü istinad) Muzeyin fondlarının əsasını Kanunun özünün Quran əlyazmaları və İslam sənəti kolleksiyası təşkil edir, çünki onun həvəsli kolleksiyaçı olduğu bildirilirdi. Kolleksiyası böyüdükcə o, əldə etdiyi nadir əlyazmalara qarşı güclü bir məsuliyyət hiss etməyə başladı. 1990-cı ildə o, öz kolleksiyasını Quranın xidmətinə və tarixi əlyazmaların qorunmasına həsr olunmuş ilk tipli müəssisənin fəaliyyət göstərməsi üçün tikdiyi muzeyə bağışladı.(2-ci istinad) Kompleksin qurulması dövlət başçılarından tutmuş məktəblilərə qədər Bəhreyndə bütün təbəqələrdən olan müxtəlif insanların əlavə köməyi ilə tamamilə ictimai ianələr hesabına maliyyələşdirilib. Beytül-Qurandakı obyektlər geniş ictimaiyyət üçün pulsuzdur.(4-cü istinad) Müəssisə və onun muzeyi İslam dünyasının müxtəlif yerlərini, o cümlədən, Şərqdə Çinə və Qərbdə İspaniyaya qədər, birinci hicri əsrindən (miladi 622-722) xəttatlıq ənənələrinin inkişafını əks etdirən tarixi Quran əlyazmalarının beynəlxalq səviyyədə tanınmış kolleksiyasına malikdir. Bu kolleksiyalar İslamın qızıl çağıdan bu günə qədər qorunur.(5-ci istinad, 6-cı istinad) == Obyektlər == Beytül-Quran kompleksi şənbə-çərşənbə günləri müvafiq olaraq saat 9:00-dan 12:00-a və 16:00-dan 18:00-a qədər ictimaiyyət üçün açıqdır.(7-ci istinad) Kompleksin xarici dizaynı 12-ci əsrdə tikilmiş köhnə məscidə əsaslanır.(6-cı istinad) Kompleksin özü məscid, kitabxana, auditoriya, mədrəsə və on sərgi salonundan ibarət muzeydən ibarətdir. Böyük vitraj günbəz böyük zalı və məscidi əhatə edir. Məkkəyə istiqamət göstərən işarə olan mehrab göy rəngli seramik plitələrlə örtülmüş, Quran ayəsi həkk olunmuşdur.(8-ci istinad) Kitabxana üç dildə - ərəb, ingilis və fransız dillərində olan 50.000-dən çox kitab və əlyazmadan ibarətdir. Müəssisə İslam incəsənəti üzrə ixtisaslaşmışdır və bir çox istinad kitabları beynəlxalq əhəmiyyətə malikdir.
Həyat ağacı (Quran)
Ölümsüzlük ağacı və ya Həyat ağacı (ərəb. شجرة الخلود‎) — Quranda təsvir edilən həyat motivi ağacı. Hədislərdə və təfsirlərdə də ondan bəhs edilir. Bibliyadan fərqli olaraq, Quranda Ədən bağında yalnız bir ağacdan bəhs edilir, hansı ki, Allah onu Adəm və Həvva üçün qadağan etmişdir; başqa sözlə, Quranda bilik ağacı yoxdur. Bir ilan kimi görünən Şeytan, Adəmə dəfələrlə ağacdan almanı yeməyi əmr etdi və nəticədə Adəmlə Həvva bunu etdilər və bununla da Allaha itaətsizlik etdilər. Hədislərdə ancaq cənnətdəki digər ağaclar haqqında danışılır.
Quran surələrinin siyahısı
== İstinadlar ==
Dubay Beynəlxalq Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dubay Beynəlxalq Müqəddəs Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Ət-Tibyan fi təfsiril-Quran
== Haqqında == "Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət Tibyan fi təfsiril Quran