QUŞÇANAQLILAR

сущ. зоол. птицетазовые
QUŞCUĞAZ
QUŞÇU
OBASTAN VİKİ
Quşçanaqlılar
Quşçanaqlılar (lat. Ornithischia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan dəstəsi. Quşçanaqlılar bitki ilə qidalanan dinozavrlardır; ikişaxəli qasıq sümüklərindən ibarət olan dördşüalı çanaq nahiyəsi və nisbətən inkişaf etmiş qabaq ayaqları olmuşdur. Bəzilərində dişlərinin sayı 1000-ə çatır. Həyat tərzinə görə quşçanaqlı dinozavrlar amfibiotik — quruda və dayaz kontinental su hövzələrində yaşamağa uyğunlaşmış ikiayaqlı, zirehi olmayan (iqvanodontid, ördəkburun), quşayaqlı dinozavrlara və yerüstü dördayaqlı və ikiayaqlı, bədənləri sümük lövhəcik, buynuz törəmələri və buynuzlarla örtülmüş çanaqlılara (steqozavrlar, ankilozavrlar, seritopslar) bölünürlər. Quşçanaqlı dinozavrlar (Gec Yura — Gec Təbaşir) bataqlıqlı meşələrdə və sahil sularında yayılmışdı. Alt Təbaşir çökmələrində qalıqları tapılan iqvanodontların (İquanodon) bədəninin uzunluğu 5 m-ə çatırdı; dal ayaqları üçbarmaqlı olmuşdur. Bəzi formalarda ətraf barmaqları üzgəc pərdəsi ilə bir-birinə birləşmişdir (Saurolophus). Yura dövründə yaşamış, uzunluğu 6 m-ə çatan steqozavrlar dördayaqlı, kiçik kəlləli heyvanlar idi. Onların bel hissəsində skelet sümüyü ilə əlaqəsi olmayan iki cərgə iri sümük lövhələri, quyruğun üzərində isə sivri sümüklər yerləşirdi (Stegosaurus).