Qvadelupa

coğ. Guadeloupe f

qüvvəverici
qvardiya
OBASTAN VİKİ
Qvadelupa
Qvadelupa və ya Qvadalup (fr. Guadeloupe) — Fransanın Karib dənizinin şərq hissəsindəki regionu və dəniz departamenti (département d’outre-mer və ya DOM). Qvadelupa eramızdan 300 min il əvvəl aravakların yurdu idi. Onların qədim mədəniyyətləri mövcud olub. Hindistan kimi qələmə verilən Amerika qitəsinə Xristofor Kolumbun ikinci ekspedisiyası 25 sentyabr 1493-cü il tarixində Kadis limanından başlayır. Müxtəlif mənbələrə görə 1500-2500 nəfərdən ibarət olan heyət arxadan əsən şimal-şərq passat küləklərinin təsiri altında 20 gün ərzində Atlantik okeanını üzüb keçərək Mori-Qalant adasında sahilə çıxırlar. 4 noyabrda Qvadelupa adasını kəşf edirlər. Toxunan örtüklərin gözəlliyinə görə İspaniyadan heç də geri qalmayan bu ada digərlərindən inkişaf səviyyəsinə görə fərqlənirdi. Sufriyer vulkanı - Qvadelupanın ən yüksək zirvəsidir ( 1 467 m).
Qvadelupa adası
Quadelupa adası (isp. Isla Guadalupe) — vulkan mənşəli ada. İnzibati baxımdan Meksikanın Aşağı Kaliforniya ştatı Ensenada vahidliyinə daxildir. Adanın poç indeksi — 22997. Ada Aşağı Kaliforniya ştatı sahillərindən 241 km qərbdə yerləşir. Ensenada şəhərindən məsafə isə 400 km-dir. Ada iki vulkandan ibarətdir. Şimalında yerləşən vulkan daha gənc və hündürdür. Adanın uzunluğu (şimaldan cənuba) 35 km, eni 9,5 km təşkil edir. Ümumi sahəsi 244 km² bərabərdir.
Qvadelupa dəniz pişiyi
Qvadelupa dəniz pişiyi (Arctocephalus townsendi) — Cənub dəniz pişikləri cinsinə daxil olan 6 növdən biridir. XIX əsrdə baş verən kütləvi qırğınlar səbəbindən soyunun tükənmə təhlükəsi yaranmışdır. 1990-cı illərdə onların sayı 10,000 başı keçmişdir. Onlar ancaq Meksikanın Qvadelupa adasında yaşayırlar. Quadelupa dəniz pişiyinin erkəyi təbii olaraq dişilərdən irədən iri olur. Erkəklər tünd qəhvəyi rəngdə olur və ancaq arxa tərəfində sarı və ya sarı-qəhvəyi zolaq vardır. Balalar qara rəngdə olur. Erkəklər ona məxsus əraziləri 35–122 gün ərzində nəzarətində saxlayır. Balalar iyun ayının ortalarından İyul ayı ərzində doğulur. Qulaqlı suitilərin hamısında olduğu kimi onlardada xariçi qulaqlara sahibdirlər.