qütblük
qütbsüz
OBASTAN VİKİ
Qütblülük (beynəlxalq münasibətlər)
Beynəlxalq münasibətlərdə qütblülük beynəlxalq sistem daxilində hakimiyyətin bölüşdürülməsinin müxtəlif yollarından hər hansı biridir. O, hər hansı bir zaman çərçivəsində beynəlxalq sistemin xarakterini təsvir edir. Ümumilikdə, üç sistem növü ayırd edilir: birqütblülük, ikiqütblülük və üç və ya daha çox güc mərkəzini bildirən çoxqütblülük. Sistemin növü dövlətlərin biləvasitə regionda və ya qlobal miqyasda güc və təsir bölgüsündən asılıdır. Alimlər arasında ikiqütblülük və ya birqütblülüyün sabit və sülhsevər nəticələrə səbəb olub-olmaması ilə bağlı fikir ayrılıqları var. Kennet Vals və Con Mirşaymer ikiqütblülüyün nisbətən daha çox sabitlik yaratmağa meylli olduğunu iddia edənlər arasındadır. Əksinə, Con Aykenberri və Vilyam Volfors birqütblülüyün sabitləşdirici təsirini müdafiə edənlər arasındadır. Karl Doyç və David Singer kimi bəzi alimlər çoxqütblülüyün ən sabit struktur olduğunu müdafiə edirlər. Soyuq müharibə dövrü ABŞ və SSRİ kimi dünyanın iki fövqəldövlətin simasında ikiqütblülük dövrü kimi geniş şəkildə başa düşülür. Soyuq müharibənin sonu - 1990-2000-ci illər dünyanın yeganə supergücü kimi ABŞ-ın simasında birqütblülüyə gətirib çıxardı.