qılıncoynatma

is. id. escrime f, épéisme m

qılıncoynadan
qılıncvarı
OBASTAN VİKİ
Qılıncoynatma
Qılıncoynatma və ya Qılıncbazlıq — qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir. Konkurs qılıncoynatma müasir Olimpiya Oyunlarının hər birində xüsusiləşmiş olan beş idman növündən biridir. Digər dörd idman növü isə Atletika, Gimnastika ,Velosiped idmanı və Üzgüçülükdür. Müasir qılıncoynatmanın vətəni bir neçə kitabda qılıncoynatma haqqında məlumat veriliən İspaniya sayılır. Qərb qılıncoynatması üzrə qədim dərsliklərin biri 1458–1471-ci illər arasında Dieqo de Valerin tərəfindən yazılıb. Müasir qılıncoynatmanın mexanikası intibah dövründə İtaliyada qılıncoynatma məktəbində 18-ci əsrdə yaranıb və onların təsiri altında, qılıncoynatma Fransız məktəbi tərəfindən təkmilləşdirilmişdir. Qılıncoynatmanın İspan məktəbində olan durğunluğu İtalyan və Fransız məktəbləri tərəfindən əvəzlənib.
Azərbaycan Qılıncoynatma Federasiyası
Azərbaycan Qılıncoynatma Federasiyası — Azərbaycanda qılıncoynatmaya nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir. Prezidenti Mikayıl Cabbarovdur. == Tarixi == Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci ildə Bakı şəhərində yaradılmışdır. Həmin ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına (IFF) üzv seçilib. == Prezidentləri == Nazim İbrahimov – 2007–2017 illər arasında; Mikayıl Cabbarov – 20.09.2017-ci ildən.
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışları mayın ortalarından iyun ayının sonuna kimi keçirilmişdir. Bu yarışlarda 19 ölkədən 276 qılıncoynadan mübarizə aparırdı. Bu Olimpiya Oyunlarında qılıncoynatma yarışlarındakı iştirakçıların sayı yüngül atletika yarışlarındakı idmançıların sayından çox idi. Qılıncoynatmanın yeddi növü üzrə medallar oynanılıb. == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Paris Olimpiadasında 19 ölkədən ümumilikdə 276 qılıncoynadan mübarizə aparıb. Argentina (1) Avstriya (9) Belçika (5) Kuba (1) Danimarka (1) Fransa (223) Almaniya (2) Böyük Britaniya (1) Haiti (2) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Macarıstan (7) İran (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır İtaliya (12) Niderland (1) Peru (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Rusiya imperiyası (3) İspaniya (1) İsveç (1) İsveçrə (3) ABŞ (2) == Medal cədvəli == == Xarici keçidlər == Rəsmi hesabat Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine səh 165.

Значение слова в других словарях