QIZILQUŞKİMİLƏR

сущ. зоол. соколиные (семейство хищных птиц, к которому относятся сокол, кобчик и др. )
QIZILQUŞ
QIZILQUYRUQ
OBASTAN VİKİ
Qızılquşkimilər
Qızılquşkimilər (lat. Falconiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Əvvəllər digər gündüz yırtıcı quşları — Qırğıkimilər da bu dəstədə təsnif olunurdu, lakin aparılan genetik analizlərin nəticələrinə əsasən qızılquşların ayrı dəstədə təsnif olunmasına başlanıldı. Hazırda qızılquşlar sərçəkimilər, tutuquşukimilər və seriemlərlə bir kladda (Australaves) qruplaşdırılır. Qızılquşkimilərə Antarktida istisna olmaqla, dünyanın bir çox yerində rast gəlmək olur. Bu dəstəyə aid bir çox növün nəsli kəsilmək üzrədir. Azərbaycanda Falco cinsindən olan 8 qızılquş növü qeydə alınmış və bunlardan 7-si Azərbaycan Respublikasının Qırmızı Kitabıbın II nəşrinə daxil edilmişdir.