QƏDİRİLƏR

tanınmış sufi təriqətlərindən birinin davamçılarıdırlar. Onlar Cüneyd Bağdadinin “ayıq halda” mənəvi yolu keçmək ideyasına üstünlük verirdilər. Təriqətin adı Əbdülqədir Gilani (562/1166-cı ildə vəfat etmişdir) ilə bağlıdır. O, Xəzər dənizinin güneyində yerləşən Gilanda doğulmuşdur. Rəvayətlərə görə Əbdülqədir Gilaninin soyu xəlifə Əli Əbu Talibə qədər uzanır. Əbdülqədir dini elmlər üzrə təhsilini Bağdadda almışdır. O, fəqih, mühəddis və təfsirçi kimi bütün İslam dünyasında tanınmışdır. Əbdülqədir Gilani zahidliyə meyl edərək günlərini Allaha ibadət etməklə keçirirdi. Ancaq, sonra mövqeyini dəyişərək yenidən elmlə məşğul olmağa başlamışdır. Əbdülqədir fiqhdə hənbəli məzhəbinə bağlı olduğundan, hənbəli fiqhinə dair bir çox əsərlər ərsəyə gətirmişdir. Qələmə aldığı bu əsərlər ona nüfuz qazandırmışdır. O, 50-yə qədər kitabın müəllifi hesab olunur. Tarixi qaynaqlarda Əbdülqədir Gilaninin sufi olub-olmamağı haqqında dəqiq məlumat yoxdur. Ancaq ondan sonra formalaşan və onun adı ilə bağlı olan sufi təriqəti sonra müsəlman dünyasında ən geniş yayılan təriqətlərdən biri olmuşdur. Onun adı ilə bağlı olan Qədirilik Yaxın və Uzaq Şərqdə, Afrikada, İspaniyada və başqa yerlərdə geniş yayılmışdır. Osmanlı imperiyasında isə qədiriliyi “Pir əs-Sani” (ikinci müəllim) adlandırılan İbn Əşrəf Rumi (874/1470-ci ildə vəfat etmişdir) yaymışdır. Bu təriqətə girmək üçün beyət mərasimindən keçmək lazımdır. Burada sufilər səsli zikrlər edirlər. Təriqətin mənəvi silsiləsi isə Əli ibn Əbu Talibə yüksəlir. Qədiriliyin bir necə qolu vardır.
QƏDƏRİLƏR
QƏDR