RADİOASTRONOMİYA

is. \[lat. radiare "şüalanmaq" + yun. ἀζηήξ "ulduz, çıraq" + θπζηθά "təbiət"\] astr. Kosmik obyektlərin elektromaqnit şüalanmalarının radiodalğalar diapazonunda öyrənilməsi ilə məşğul olan astronomiyanın bir sahəsi.
RADİOASTRONOM
RADİOAVTOQRAF
OBASTAN VİKİ
Radioastronomiya
Radioastronomiya — astronomiyanın kosmik obyektləri radio dalğaları dipazonunda elektromaqnit şüaları vasitəsilə tədqiq edən sahəsi. Radioastronomiya XX əsrin 20-ci illərində birinci radioteleskop ixtirası ilə yaranıb. 1933-cü ildə Karl Yanski qalaktikadan radio dalğalarının gəldiyini kəşf etmişdir. Bundan ruhlanan Qrout Reber özünün birinci radioteleskopunu quraşdırır. Subatom zərrəciklər Физика космоса.
Ventspils Beynəlxalq Radioastronomiya Mərkəzi
Ventspils Beynəlxalq Radioastronomiya Mərkəzi (latış. Ventspils Starptautiskais radioastronomijas centrs‎) — Latviyanın Ventspils şəhərindən 30 km şimalda, Baltik dənizinin sahilində yerləşən keçmiş sovet radio astronomiya qurğusudur.Tikili Latviya müstəqillik əldə etdikdən sonra 1993-cü ilə qədər gizli qaldı. Latviya Elmlər Akademiyası tərəfindən 1994-cü ildə Qızıl ordu geri çəkildikdən sonra ələ keçirildi. O vaxtdan bəri qalan iki radio teleskop təmir edilərək yeniləndi. İrbene yaxınlığındakı meşəliklərdə, Latviyanın Ventspils Bələdiyyəsində yerləşən mərkəz 1974-cü ildə Sovet hərbçiləri tərəfindən qurulmuşdur. Əvvəlcə iki kiçik teleskop və rabitə mərkəzi ilə birlikdə 32 metrlik bir teleskopdan ibarət idi və "Kiçik Ulduz" mənasını verən "zvezdoçka" (rus. звездочка) kimi tanınırdı. Mərkəzin SSRİ DTK tərəfindən Soyuq Müharibə dövründə Avropa ilə ABŞ arasındakı rabitələrə casusluq etmək üçün istifadə edildiyi ehtimal edilir. Ərazi 1990-cı illərdə, 22 iyul 1994-cü ildə Latviya Elmlər Akademiyasının tərkibində yaradılan elmi tədqiqat obyekti oldu. Bura hal-hazırda Ventspils Beynəlxalq Radioastronomiya Mərkəzi ("Ventspils Starptautiskais radioastronomijas centrs"), və ya İrbene Astronomiya Mərkəzi kimi tanınır.

Значение слова в других словарях