radiofizika

radiofizika
radiofizik
radiofiziki
OBASTAN VİKİ
Radiofizika
Radiofizika — geniş mənada rəqsi-dalğavari proseslərin, dar mənada radio diapazonundakı elektromaqnit dalğalarının tədqiqi ilə məşğul olan elm. Tarixən radiofizikanın əsas tədqiqat predmeti radiodalğalar, onların şüalanması və qəbulu, müxtəlif mühitlərdə yayılması, cisimlərlə qarşılıqlı təsiri və udulması olmuşdur. Lakin sonralar radiofizikanın üsulları fizikanın digər sahələrinə: optika, akustika, mikrodalğalı elektronika, yarımkeçiricilər elektronikasına ötürüldü. Hal-hazırda dalğaların yayılmasının ümumi nəzəriyyəsi yaradılmış, fəza və zaman dispersiyası olan qeyri-xətti və qeyri-taraz mühitlər üçün dalğa tənliklərinin həlli üsulları işlənmişdir. Radiofizika öz əhəmiyyətli tətbiqini radiolokasiyada tapmışdır. Obyektlərdən əks olunan radiodalğalara görə onların yerinin tapılması problemi radiofizikanın sayəsində öz həllini tapmışdır. Radiofizika radiotexnikanı verici və qəbuledici antenalar, elektromaqnit dalğa generatorları, qəbuledicilər, gücləndiricilər, filtrlər, modulyatorlar, demodulyatorlar, radiodalğa ötürücüləri, radiolokatorlar, kvant cihazları və s. bu kimi cihazların təkmilləşdirilməsi üçün zəruri olan üsullarla təmin edir. Radiofiziki üsullar radio diapazonunda kosmik tədqiqatların - başqa sözlə astrofizika üçün vacib olan radioastronomiyanın əsasını qoydu. Fizikanın bu bölməsinin fənlərarası əlaqəsinə görə tədqiqat istiqamətləri bir çox cəhətdən digər bölmələrin tədqiqat istiqamətləri ilə kəsişir.

Значение слова в других словарях