rastlaşmaq
rastra
OBASTAN VİKİ
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bartolomeo Rastrelli
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[…], Paris – 29 aprel (10 may) 1771, Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur. == Həyatı == Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Françesko Bartolomeo Rastrelli

Mistislav Rastropoviç
Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[…], Bakı – 27 aprel 2007[…], Moskva) – violenç ifaçısı və dirijor. SSRİ xalq artisti (1966). Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılır. Lenin mükafatı (1964), 2-ci dərəcəli Stalin mükafatı (1951), Rusiya Federasiyasının Dövlət mükafatı (1995), RSFSR adına Dövlət Mükafatı laureatı, beş dəfə Qremmi mükafatı laureatı. SSRİ xalq artisti Qalina Vişnevskayanın həyat yoldaşı olub. 1974-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşayıb; 1978-ci ildə SSRİ vətəndaşlığından məhrum edilib, 1990-cı ildə Sovet vətəndaşlığına bərpa edilib. Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir.
Rastrophyllum
Rastrophyllum (lat. Rastrophyllum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях