Remeyk
Remeyk (ing. remake) — əvvəllər nümayiş etdirilmiş bir filmin və ya televiziya serialının üzərində yenidən işlənilməsi və əsasən eyni mövzunun təkrar çəkilməsidir.
Kinoda istifadə edilən remeyk termini əvvəlki filmdəki mənbə materialını (mövzusunu) istinad kimi yenidən istifadə edən filmlərə aiddir. Bu termin bəzən reimagining (yenidən yaratmaq, yenidən hazırlamaq) adı altında istifadə olunur. Ən məşhur remeyk nümunələrindən biri 2001-ci ildə çəkilmiş "Ouşenin 11 dostu" filminin 1960-cı ildə çəkilmiş olan "Quldurlar" filminin remeyki olmasıdır.
Televiziya seriallarında da filmlərdəki qədər olmasa belə, remeyk anlayışından istifadə olunur. Məsələn, Çarlinin mələkləri adlı serial 1976 və 2011-ci ildə iki dəfə çəkilmişdir. Həmçinin, bəzi məşhur filmlər sonradan serial kimi yenidən çəkilmişdir. Buna ən yaxşı nümunə kimi Vampir qatili Baffi və Terminator: Sara Konnor Salnamələri adlı serialları göstərmək mümkündür.