RESESSİYA

is. \[lat. recession "iqtisadi geriləmə, tənəzzül"\] iqt. İşgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası.
RESEPİN
RESİDİVIST
OBASTAN VİKİ
Resessiya
Resessiya (geologiya) - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntü top­lanmada fasilə
Resessiya (geologiya)
Resessiya - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntütop­lanmada fasilə. Güclü dib axınlarına məruz qalan, dənizdibi sahələrdə müşahidə olunur. Bu zaman bütün çöküntülər, hətta dəniz dibi də yuyulmaya məruz qalır. Belə sahələrdə çöküntülərin toplanmasına şərait yaranmır. Dəniz Çöküntülər Dəniz dibi Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Resessiya (iqtisadiyyat)
Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMMin səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi pro seslərlə müşayiət olunur.

Значение слова в других словарях