retargetinq
retikulosarkoma
OBASTAN VİKİ
Retezat Milli Parkı
Retezat Milli Parkı (rum. Parcul Naţional Retezat) — Rumıniyanın Hunedoara qraflığında yerləşən və Retezat dağlarını əhatə edən milli park. Milli parkda hündürlüyü 2.300 metrdən artıq 60 zirvə və suyu güzgütək şəffaf olan 80 dərin buzlaq gölü vardır. Retezat dağları Karpat dağlarının ən gözəl hissələrindən biridir. 1935-ci ildə Rumıniya hökumətinin qərarı ilə yaradılan milli park ölkənin ilk milli parkı olsa da, 2000-ci ildə rəsmi olaraq statusunu almışdır. Sahəsi 380,47 km2-dır. Burada Avropanın ən qədim toxunulmamış meşələrindən biri və qitənin ən böyük qarışıq saf meşə sahəsi yerləşir. Retezat dağlarının ən böyük zirvəsi də buradadır: Peleaqa zirvəsi. (2509 metr) 1979-cu ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində milli park biosfer qoruğu elan edilmişdir. Park ərazisində 1190 bitki növü yaşayır və onların 190 növü "təhlükədə" və ya "müdafiəsiz" statusuna malikdir.