rezerpin 2021
rezerv-valyuta
OBASTAN VİKİ
Federal Rezerv Sistemi
Rezervasiya
Ölkənin yerli əhalisinin zorla saxlandığı məntəqələrdirlər. ABŞ-də hindular, CAR-da Afrikallar Avstraliya İttifaqında aborigenlər üçün rezervasiyalar mövcuddur. Rezervasiya irqçiliyin ifrat təzahürüdür.
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri (fars. حوزه‌های انتخابیه مجلس شورای اسلامی برای اقلیت‌های دینی‎) — İran parlamentində ölkədə yaşayan dini azlıqları üçün ayrılmış millət vəkili yerləri. Hal-hazırda bu məqsədlə istifadə olunan 5 nəfərlik millət vəkili yeri var. Məşrutə inqilabından sonra qəbul edilmiş yeni konstitusiyaya görə ölkədə yaşayan dini azlıq nümayəndələrinə parlamentdə təmsil olunmaq hüququ verilmişdir. Bu hüquq 1979-cu ildə baş verən İran İslam İnqilabından sonrada saxlanılmışdır. Hal-hazırda 5 nəfərlik millət vəkili mantdatı bütün çağırış parlament seçkilərində sözügedən dini azlıqlar üçün saxlanılır. İran erməniləri ölkə parlamentində 2 nəfər millət vəkili ilə təmsil olunurlar. Şəxslərdən biri ölkənin şimal hissəsində, əsasən Təbriz şəhərində yaşayan lokal erməni icmasından seçilir və şərti olaraq şimal ermənilərini təsmil edir. Digər etnik erməni millət vəkili isə İsfahan şəhərindəki Yeni Culfa mərkəzli olmaqla şərti olaraq cənub ermənilərindən seçilir və burada yaşayan erməniləri təmsil etməkdədir. Digər üç millət vəkili yeri isə müvafiq olaraq İranda yaşayan aysorlar, yəhudilər və zərdüştlər arasında bölünmüşdür.
Hinduların rezervasiyası
Ölkənin yerli əhalisinin zorla saxlandığı məntəqələrdirlər. ABŞ-də hindular, CAR-da Afrikallar Avstraliya İttifaqında aborigenlər üçün rezervasiyalar mövcuddur. Rezervasiya irqçiliyin ifrat təzahürüdür.
Rezervasiya (dəqiqləşdirmə)
Rezervasiya - Amerikadakı yerli Amerika sakinlərinin yaşayış məntəqələrinə verilən addır. 1840-cı illərdə yaradılmışdır. Rezervasiya həm də gedəcəyiniz məntəqəyə getməzdən əvvəl yerinizin müəyyən edilməsi deməkdir. Otellər, təyyarələr, avtobuslar, restoranlar, bərə və qatarlar kimi xüsusi yerlərin rezerv oluna biləcəyi yerlərdə qalacağınız otaq, oturacağınız masa və ya alacağınız bilet də Rezervasiya sistemi vasitəsi ilə sizin üçün xüsusi olaraq bron edilir.