ribosom

ribosom
riayətkarlıq
riboza
OBASTAN VİKİ
Ribosom
Ribosom - canlı hüceyrədə zülalların istehsal olunduğu (translyasiya prosesi) orqanoid. Ribosom mRNT ardıcıllığı əsasında amin turşularını birləşdirərək zülal əmələ gətirir. Termini 1957-ci ildə elmə daxil edilmişdir. Bu orqanoid bütün canlı hüceyrələrdə aşkar edilmişdir. Ribosomlar ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir. O müxtəlif ölçülü, bir-birilə birləşmiş böyük və kiçik hissəciklərdən ibarətdir. Bir hüceyrədə minlərlə ribosom olur. Ribosomların tərkibi eyni miqdarda RNT və zülallardan ibarətdir. Prokariot hüceyrələrdə zülalların sintezi bir ribosom deyil, ribosomlar qrupu-polisomlar (polirisobomlar) tərəfindən həyata keçirilir. Polisomlarda 4-40-a qədər ribosom ola bilir.