RİNOLALİYA

is. \[yun. ῥίδ, ῥῑλόδ ―burun" + ιαιεῖλ "danışmaq"\] tib. Tıntınlıq, yəni burunda danışma. Nitq aparatının anatomik-fizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs tembrinin pozulması.
RİGEL
RİNOPLASTIKA
OBASTAN VİKİ
Rinolaliya
Rinolaliya — latın sözündən əmələ gəlib, rinos-burun, laliya-nitq deməkdir. Rinolaliya-nitq aparatının anatomik fizioloji qüsuru ilə şərtlənən səs tembri və səs tələffüzünün pozulmasıdır. Rinolaliya zamanı artikulasiya mexanizmində intonasiya və səs yaranmasında uzaqlaşma baş verir və bunun səbəbi ağız və burun rezonatorlarında olan üzvi dəyişikliklərdir. Bəzən burun və burun- udlaq yollarında baş verəndə dəyişikliklər -dodaq, damaq yarıqlarının olması nitqi qüsurlu edir. Damaq-udlaq qapanması funksiyasının pozulma xarakterindən asılı olaraq, rinolaliyanın qapalı və açıq formaları var. Qapalı rinolaliya-nitq səslərinin tələffüz edilməsi zamanı burun rezonanslarının fizioloji zəifləməsi ilə xarakterizə edilir. Normada ən güclü rezonans m-m' n-n' səslərinin tələffüzündə özünü göstərir. Bu səslərin artikulasiyası prosesində burun-udlaq yolu açıq qalır və hava burun boşluğuna daxil olur. Burun rezonansları olmadıqda bu səslər b-b' d-d' səsləri kimi tələffüz edilir. Açıq rinolaliya-üzvi və funksional ola bilər.

Значение слова в других словарях