ritm
ritm-kod
OBASTAN VİKİ
İntonasiya
İntonasiya — nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir.İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir. Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir. Biz yeddinci dərsdə türk dilinin vurğusundan bəhs etmiş, spesifik xüsusiyyətlərini aydınlaşdırmışdıq. Burada isə vurğunun cümlədə ritmyaratmadakı rolunu, intonasiyanın digər vahidlərinə münasibətini və cümlənin melodikasında əhəmiyyətini izah etməyə çalışaq. Aşağıdakı cümlələrin melodikasına, ritmik bölgüsünə, vurğuların yerinə və nitq axınında tonun istiqamətinə diqqət verin: Dün / Türkiye'nin Cumhurbaşkanı Abdullah Gül / Ankara'dan / Bakü'ye geldi.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir.Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər. Bu səs, söz təkrarları isə hamı tərəfindən eyni zamanda, ritmik surətdə deyilirdi.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Ritm-ənd-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.