robot-tozsoran

robot-tozsoran
robot-quş
robotlaşdırıcı
OBASTAN VİKİ
Tozsoran
Tozsoran və ya tozsoran maşın — hava nasosunun köməyi ilə səthlərdəki çirkləri və tozu sora bilən elektrik cihazı. Sorma zamanı toz maşının süzgəcində ilişir. Tozsoran maşınlar adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir. Tozsoran maşınlar süpürgələrin texniki cəhətdən inkişaf etmiş xələfləri kimi qəbul olunurlar. Bu qəbildən olan cihazların başlıca üstünlükləri arasında vaxta qənaət, daha effektiv təmizlik və çoxfunksiyalılıq kimi elementlər vardır. Texniki spesifikasiya cəhətdən yaş və quru olaraq səciyyələndirilən cihaz, yaş rejimdə sorma zamanı bir çox tekstil məmulatını, məslən xalıları, habelə divar kağızlarını təmizləməyə imkan yaradır. Zaman-zaman izafi elektrik enerjisindən istifadəyə yol verməsi onu tənqid olunan cəhəti arasında olsa da, ekoloji cəhətdən ziyansız modelləri də mövcuddur. Tozsoran maşınların texniki göstəriciləri məişətdə və sənayədə fərqlənir. Ümumən hər iki sferada yayğın olan mexaniki istifadəyə əsaslanan tozsoranlar, ucu xüsusi sorucu komponentdən ibarət metal sərt boru və onun əsas motor hissəsi ilə onu birləşdirən elastik borudan ibarət olurlar. Bu tozsoranlar tozun yığılma yerindən asılı olaraq 3 növə ayrılır: Toztorbalı tozsoranlar — Bu tip tozsoranda toz özəl torbaya yığılır.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Mr. Robot
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
NAO (Robot)
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
ROS (Robot Operating System)
ROS (Robot Operating System)- Robot əməliyyat sistemi robotlar üçün proqram yazmaq imkanı verən freymvorkdur. İlk versiyası 2007-ci ildə Stanford Süni İntellekt Laboratoriyasında yaradılmışdır. ROS C++ dilində yazılsada, Python və Lisp dillərini dəstəkləyir. Java və Lua dillərində isə eksperimental kitabxanaları var.
Mən robot deyiləm (teleserial 2018)
I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə) Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır. Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa). Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı.

Значение слова в других словарях