Rouen Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır.
Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi.
== Həyatı ==
6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.