FE

сущ. название буквы “F” и согласного, обозначенного этой буквой
FAZOTRON
FEDERAL
OBASTAN VİKİ
"JARA" beynəlxalq musiqi festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. == Festivalın tarixi == === 2016 === 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub. === 2017 === 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. == Nizamnamə == Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. == Ordeninin statutu == 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı. Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. == Festivalın tarixçəsi == Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam. 2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. 2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir. Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi. 2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
"Rossiya" açıq sənədli filmlər festivalı
"Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı. == Tarixi == "Rossiya" açıq sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.
"Texnofest-2022" festivalı
Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı. == 2021 == Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib. "MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda hava şoularında da iştirak edib. == 2022 == Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılıblar.
10 fevral
10 fevral — Qriqorian təqvimində ilin 41-ci günü. Bu tarixdə ilin sonuna 324 gün (uzun ildə 325 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1258 — Monqol işğalları: Monqollar Bağdadı işğal edirlər və İslamın qızıl çağına son qoyublar. 1502 — Vasko da Qama Portuqaliyanın Lissabon şəhərindən Hindistana ikinci səyahəti üçün yola düşüb. === 1601–1900 === === 1901–cari === 1946 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1962 — Soyuq müharibə: Əsir götürülmüş ABŞ U2 casus təyyarəsinin pilotu Qari Pauers əsir götürülən Sovet casusu Rudolf Abellə dəyişdirilib. 1996 — IBM superkompüteri Deep Blue ilk dəfə şahmatda Qarri Kasparovu məğlub edib. 2006 XX Qış Olimpiya Oyunları Turində keçirilib. Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
11 fevral
11 fevral — Qriqorian təqvimində ilin 42-ci günü. Bu tarixdə ilin sonuna 323 gün (uzun ildə 324 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix. 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb. === 1601–1900 === 1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb. 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib. 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır. 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
12 fevral
12 fevral — Qriqorian təqvimində ilin 43-cü günü. Bu tarixdə ilin sonuna 322 gün (uzun ildə 323 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1541 — Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib. === 1601–1900 === === 1901–cari === 1939 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 1994 XVII Qış Olimpiya Oyunları Lillehammerdə keçirilib. Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar. 2002 — Niderlandın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb. 2010 — XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib. 2012 — Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
13 fevral
13 fevral — Qriqorian təqvimində ilin 44-cü günü. Bu tarixdə ilin sonuna 321 gün (uzun ildə 322 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1633 — Qalileo Qaliley inkvizisiya qarşısında mühakimə olunmaq üçün Romaya gəlib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: ABŞ və Böyük Britaniya Hava Qüvvələri Almaniyanın Drezden şəhərini bombardman ediblər. 1980 — XIII Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1988 — XV Qış Olimpiya Oyunları Kalqaridə keçirilib. 2000 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2002 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1986 — Qazax Dövlət Rəsm Qalereyası yaradılmışdır.
14 fevral
14 fevral — Qriqorian təqvimində ilin 45-ci günü. Bu tarixdə ilin sonuna 320 gün (uzun ildə 321 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1859 — Oreqon ABŞ-nin 33-cü ştatı olub. 1876 — Aleksandr Bell və Elişa Qrey telefona patent almaq üçün müraciət edib. === 1901–cari === 1912 — Arizona ABŞ-nin 48-ci ştatı olub. 1949 — Knesset (İsrail parlamenti) ilk dəfə toplanıb. 1952 — VI Qış Olimpiya Oyunları Osloda keçirilib. 1993 — Rusiya Federasiyası Kommunist Partiyası təsis edilib. 2004 — Tunis milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
15 fevral
15 fevral — Qriqorian təqvimində ilin 46-cı günü. Bu tarixdə ilin sonuna 319 gün (uzun ildə 320 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1956 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1965 — Kanada bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib. 1989 — Əfqanıstan müharibəsi: Sovet İttifaqı rəsmi olaraq bütün qoşunlarının Əfqanıstanı tərk etdiyini elan edib. 1998 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2001 — Tam insan genomunun ilk layihəsi "Nature" jurnalında dərc olunub. 2003 — Dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. Səkkiz milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.
16 fevral
16 fevral — Qriqorian təqvimində ilin 47-ci günü. Bu tarixdə ilin sonuna 318 gün (uzun ildə 319 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1923 — Houard Karter firon Tutanhamonun dəfn otağının açıb. 1957 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1959 — Fidel Kastro Kubanın baş naziri olub. 1970 — Sudan milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1985 — Hizbullah təsis edilib. 2005 — Kioto protokolu Rusiya tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib.
17 fevral
17 fevral — Qriqorian təqvimində ilin 48-ci günü. Bu tarixdə ilin sonuna 317 gün (uzun ildə 318 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2008 — Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 2020 — Əlcəzairdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı Qaradağlı qətliamını törətmişdir.
18 fevral
18 fevral — Qriqorian təqvimində ilin 49-cu günü. Bu tarixdə ilin sonuna 316 gün (uzun ildə 317 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1930 — Yanvar ayında çəkilmiş fotoşəkilləri araşdırarkən Klayd Tambo Plutonu kəşf edib. 1960 — VIII Qış Olimpiya Oyunları Palisades Tahoda keçirilib. === Azərbaycana aid hadisələr === == Doğumlar == === 1600-cü ildən əvvəl === 1201 — Nəsirəddin Tusi, Azərbaycan filosofu və astronomu 1516 — I Mariya, İngiltərə və İrlandiya kraliçası === 1601–1900 === 1626 — Françesko Redi, İtaliya həkimi 1745 — Alessandro Volta, İtaliya fiziki 1838 — Ernst Max, Avstriya fiziki 1898 — Enzo Ferrari, İtaliya motor yarışı sürücüsü və sahibkar === 1901–cari === 1924 — Osman Hacıbəyov, Azərbaycan aktyoru 1931 — Toni Morrison, ABŞ yazıçısı 1933 Bobbi Robson, İngiltərə futbolçusu və baş məşqçisi Yoko Ono, Yaponiya rəssamı 1952 — Ceyms Meys, ABŞ tarixçisi 1954 — Con Travolta, ABŞ aktyoru 1956 — Bidzina İvanişvili, Gürcüstan baş naziri 1961 — Armin Laşet, Almaniya siyasətçisi 1965 — Dr.
19 fevral
19 fevral — Qriqorian təqvimində ilin 50-ci günü. Bu tarixdə ilin sonuna 315 gün (uzun ildə 316 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1878 — Tomas Edison fonoqrafı patentləşdirib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: İoşima döyüşü: Amerika Birləşmiş Ştatlarının təxminən 30 min dəniz piyadası İoşima adasına eniş edib. 2020 — İran və Şotlandiyada ilk dəfə COVID-19 qeydə alınıb.
1 fevral
1 fevral — Qriqorian təqvimində ilin 32-ci günü. Bu tarixdə ilin sonuna 333 gün (uzun ildə 334 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1327 — III Eduardın tacqoyma mərasimi keçirildi. 1410 — Birinci Torun müqaviləsi imzalandı. 1553 — Osmanlı imperiyası və Fransa krallığı arasında İstanbul müqaviləsi imzalandı. === 1601–1900 === 1662 — Çin generalı Çjen Çenqun 9 aylıq mühasirədən sonra Tayvan adasını ələ keçirdi. 1793 — Fransa İngiltərə və Niderlanda müharibə elan etdi. 1812 — Sultanbud döyüşü baş verdi. 1814 — Fiippindəki Mayon vulkanı püskürdü; təxminən 1200 nəfər həlak oldu.
2012-ci il fenomeni
2012-ci il fenomeni — 21 dekabr 2012-ci ildə planetlərin paradı olacağı və dünyanın qaranlıq olacağı və ya dağılacağı iddia olunurdu. Dünyanın bir çox alimləri bu iddiaları rədd etsələr də kütləvi informasiya vasitələrinin ardıcıl təbliğatı nəticəsində müəyyən cəmiyyətlər bu iddialara inanmağa başlamışdır.
2015-ci il fevral ayında vəfat edənlər
=== 28 fevral === Yaşar Kamal — 91 yaşında vəfat edib. === 27 fevral === Boris Nemtsov — 55 yaşında vəfat edib. Leonard Nimoy — 83 yaşında vəfat edib. === 25 fevral === Həsən Mirzəyev — 87 yaşında vəfat edib. === 22 fevral === Cahangir Kərimov — 91 yaşında vəfat edib. === 14 fevral === Mişel Ferrero — 89 yaşında vəfat edib. Davud Kazımov — 89 yaşında vəfat edib. === 6 fevral === Hüseyn Axundov — 93 yaşında vəfat edib. === 4 fevral === Akif Hacıyev — 77 yaşında vəfat edib. === 1 fevral === Aldo Ciccolini(en) — 89 yaşında vəfat edib.
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XIII Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2015-ci il iyulun 26-dan avqustun 1-nə qədər Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2016-cı il fevral ayında vəfat edənlər
=== 27 fevral === Fərəcullah Sələhşur — 64 yaşında vəfat edib. === 25 fevral === İlhamə Quliyeva — 72 yaşında vəfat edib. === 19 fevral === Umberto Eko — 84 yaşında vəfat edib. === 18 fevral === Zahid Quliyev — 79 yaşında vəfat edib === 16 fevral === Butros Butros Qali — 93 yaşında vəfat edib. === 15 fevral === Gülrux Əlibəyli — 88 yaşında vəfat edib. Corc Heyns — 98 yaşında vəfat edib. === 12 fevral === Elmir Zeynalov — 22 yaşında vəfat edib. === 6 fevral === Vaqif Məmmədov (yazıçı) — 67 yaşında vəfat edib. === 1 fevral === Cəlal Əliyev — 87 yaşında vəfat edib.
2017-ci il fevral ayında vəfat edənlər
2018-ci il fevral ayında vəfat edənlərin siyahısı.
2017 Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
2018-ci il fevral ayında vəfat edənlər
2018-ci il fevral ayında vəfat edənlərin siyahısı.
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2019-cu il fevralın 9-dan fevralın 16-na qədər Bosniya və Herseqovinanın paytaxtı Sarayevo, habelə Şərqi Sarayevo şəhərlərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 7 idman növü daxil edilib.

Значение слова в других словарях