Payız madriqalı (roman)
"Payız madriqalı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
== Məzmun ==
Çingiz Abdullayevin “Payız madriqalı” əsərində çağdaş cəmiyyətimizin mənəvi problemlərindən söhbət açılır. İnsanların qanına hopmuş adət-ənənələrin müsbət və mənfi tərəfləri, yazılmamış qanunlar və onların nəticələri əsərdə önə şəkilir. Burada oxucu həm ülvi məhəbbət, həm xəyanət, həm uğursuz nikah, həm də haqq-hesablı evlənmə və təbii ki, detektiv ədəbiyyatının əsas atributu olan təhqiqat tapa bilər.