Səbailər
Səbailər (yun. Σαβαίοι)— Qədim Sami xalqı.
== Tarixi ==
Sami xalqlarından olan Səbailər naməlum tarixdə şimaldan cənubi Ərəbistana daxil olmuş və öz sami mədəniyyətlərini yerli əhaliyə qəbul etdirmişlər. Mərkəzi Yəməndə aparılan qazıntı işləri sübut edir ki, Səbai sivilizasiyası e.ə 10-12-ci əsrlərdə yaranmışdır. E.ə 7-5-ci əsrlərdən başlayaraq krallıqda "Səba kralı"ndan başqa özlərini "Səba mükərribləri" adlandıran kahinlər də var idi. Bu orta dövr, xüsusilə, Mərib və Sirvahda inşaat işlərinin, nəhəng abidə və məbədlərin tikintisinin geniş yayılması ilə səciyyələnir.
Səbailərin idarəçiliyi dövründə Yəmənin zənginliyi və tərəqqisindən təsirlənən Romalılar bu ərazini "Ərəb Feliksi" adlandırmışlar. Roma imperatoru Oqustusun dövründə buranı fəth etmək üçün Aelius Qallusun rəhbərliyi altında hərbi ekspedisiya göndərilir. Məribin uğursuz mühasirəsindən sonra romalılar Roma tacirlərinin Hindistana səfərlərinin təyinatı üçün Ədən limanını dağıdaraq Misirə geri çəkilirlər.