SƏNAYEÇİ

сущ. промышленник (владелец частного промышленного предприятия). Neft sənayeçiləri нефтепромышленники
SƏNAYE-TİKİNTİ
SƏNAYELƏŞDİRİLMƏ
OBASTAN VİKİ
Əli İsmayılov (mühəndis-sənayeçi)
Əli İsmayıl oğlu İsmayılov (1 avqust 1948, Ərəfsə, Sisian rayonu – 2 aprel 2022) — "Azneftkimyamaş" ASC-nin Səbail Maşınqayırma Zavodunun İdarə Heyətinin Sədri. Əli İsmayılov 1 avqust 1948-ci ildə Qərbi Azərbaycanın Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 1966-cı ildə Naxçıvan şəhərində 1 saylı orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsini mühəndis-geoloq ixtisası ilə bitirmişdir. "Azərmetal təchizat və satış idarəsi"nin Bakı metal bazasında, Volodarski adına maşınqayırma zavodunda müxtəlif mühəndis vəzifələrində, 1984-cü ildən isə həmin zavodun direktoru vəzifəsində işləmişdir. 1992-ci ildən indiyədək "Azneftkimyamaş" ASC-nin Səbail Maşınqayırma Zavodu TASC İdarə Heyətinin sədri vəzifəsində çalışır. Evlidir, üç övladı var. Onun rəhbərlik etdiyi Səbail Maşınqayırma Zavodunun kollektivi 2000-ci ilin noyabrın 20-də "Azərbaycan Respublikasında maşınqayırma sahəsinin təşəkkülü və inkişafındakı böyük töhfəsi, habelə məhsuldar beynəlxalq əməkdaşlığa görə" Avropa Şurası/YUNESKOnun akademik dəyərləndirmə və mobillik üzrə Avropa şəbəkəsi milli informasiya mərkəzlərinin üzvü Beynəlxalq Kadr Akademiyasının "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Əli İsmayılovun özü də yüksək professionalizm, rəqabətədavamlı neft-mədən avadanlığının istehsalının təşkilindəki, habelə müəssisənin sosial sferasının inkişafındakı xidmətlərinə görə 2000-ci ilin noyabrın 20-də Beynəlxalq Kadr Akademiyasının "Səmərəli idarəetməyə görə" qızıl medalı ilə təltif olunmuşdur. Səbail Maşınqayırma Zavodu Ukraynada "Üçüncü minilliyin keyfiyyəti" nominasiyası üzrə "Golden Fortune" (Qızıl Fortuna) "Tanıtım və keyfiyyət üzrə Beynəlxalq Akademiya"nın Gümüş Diplomuna layiq görülmüşdür. Əli İsmayılov 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası və ya qısaca BNQŞ — neft sənayeçiləri qurultayının daimi rəhbər orqanı, Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri. == Tarixi == 1884-cü ildə Bakı neft sənayeçilərinin 1-ci qurultayında seçilmişdi. Şuraya ən iri neft şirkətlərinin nümayəndələri seçilirdilər. Şura qurultayların qərarlarını həyata keçirir, növbəti qurultayın proqramını tərtib edir və onu hökumət orqanlarının təsdiqinə verirdi. Şura, fəaliyyəti haqqında qurultaylara hesabat verir, neft sənayeçilərinin mənafeyini hökumət qarşısında müdafiə edir və neft maqnatlarının yüksək gəlirlərinin təmin olunmasına çalışırdı. 1890-cı ilin sonlarından şuranın Peterburqda daimi nümayəndəsi vardı.1899-cu ildən Şuranın orqanı "Neftyanoye delo" jurnalı nəşrə başladı. Şuranın statistika bürosu hər il "Obzorı Bakinskoy neftyanoy promışlennosti" ("Bakı neft sənayesinin icmalı") və s. çap edirdi. Şura fəhlə hərəkatına qarşı mübarizənin təşkili ilə də məşğul olurdu. 1918-ci ildə Bakı Xalq Komissarları Soveti (BXKS) Şuranın fəaliyyətinə nəzarəti ələ aldı.

Значение слова в других словарях