Salamander

der; -s, - səməndər
Sakrileg
Salami
OBASTAN VİKİ
Salamander
"Salamander" — Almaniyanın brend ayaqqabı şirkəti. Şirkət 1885-ci ildə yəhudi əsilli Yakob Siqle adlı başmaqçı tərəfindən yaradılıb. Öz ayaqqabı atelyesini yaradarkən onun cəmi 23 yaşı var idi. Buna baxmayaraq, çalışqan olan Siqle 6 il ərzində işini genişləndirməyi bacarır. O, 1891-cü ildə Maksim Levi adlı miliyyətcə yəhudi olan dəri tacirini özünə biznes tərəfdaşı seçir. Onlar birlikdə "J. Sigle und Cie" adlı şirkət yaradırlar. 1897-ci ildə siə artıq Siqlenin atelyesindən xatirələr qalır. Ortaqlar beşmərtəbəli binada fabrik quraraq, ştata 125 nəfər işçi qəbul edirlər. 1900-cü ildə şirkət ayaqqabı taciri, yəhudi əsilli Rudolf Moosadan böyük sifariş alır. 1905-ci ildə "Salamander-Schuhgesellschaft mbH" şirkəti, eləcə də "Salamander" brendi yaradılır.
Nyut Salamander
Nyuton (Nyut) Artemi Fido Skamender (ing. Newton "Newt" Artemis Fido Scamander, doğum tarixi: 1897) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyası, Fantastik varlıqlar və onların məskəni kitabı və film trilogiyasının qəhrəmanıdır. Uydurma bioqrafiyasına görə Nyut Skamender məşhur magizooloq, "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kiabının müəllifidir. İkinci dərəcəli Merlin Ordeninə layiq görülmüş sehrbazdır. Anasının hippoqriflərlə olan işindən ilhamlanan Nyut, kiçik yaşlarından fantastik varlıqlarla maraqlanmağa başlayır. Hoqvartsda təhsilini tamamladıqdan sonra Nyut Sehr Nazirliyində işə düzəlir. İki il nazirliyin Ev elflərinin işə düzəldilməsi bölməsində çalışdıqdan sonra, Salamander Varlıqlar bölməsinə keçirilir. 1918-ci ildə "Obscurus Books" nəşriyyatından Avqust Vorm Nyutun "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kitabını yazmasını maliyyələşdirir. Skamender, Porpentina Qoldşteyn adlı xanımla evlidir və cütlüyün övladlığa götürülmüş bir uşağı var. 1990-cı illərdən təqaüdə çıxmış Skamender Dorsetdə yaşayır.