Cümə salamlığı
Cümə salamlığı — Osmanlılarda padşahın əhaliylə birlikdə cümə namazı qılması və bu əsnada baş tutan mərasim.
Tarix boyunca İslam dövlətlərində sikkə kəsdirmək və xütbə oxutmaq hökmdarlığın önəmli ünsürlərindən hesab edilirdi. Xütbə cümə namazında hökmdarın adına oxunurdu və hökmdar da cümə namazını yaxınlıqdakı məscidlərin birində əhaliylə birlikdə qılırdı. Hökmdarın bu məqsədlə məscidə getməsi və məsciddən qayıtması Osmanlılarda cümə salamlığı və ya salamlıq rəsmi adı verilən mərasimlə baş tuturdu. Hökmdar və xalq arasındakı birliyi təmin edən cümə salamlığı yalnız dini olaraq deyil, eyni zamanda hüquqi, sosial və mədəni yönlərdən önəmli rol oynayırdı.
Osmanlı dönəmində son cümə salamlığı xəlifə Əbdülməcid Əfəndinin 29 fevral 1924-cü ildə qıldığı namaz əsnasında baş tutmuşdur.
== Mənbə ==
BA, HH, nr. 49.435;
BA, İrade-Dahiliye, nr. 38.202;
BA, Cevdet-Saray, nr. 576, 2215, 3289;
İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I. Defter, s.