Salt Bae
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur.
Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.