samani
samanlama
OBASTAN VİKİ
Samanilər
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. == Sülalənin tarixi == İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samanilər dövləti
Samanilər dövləti, Samanilər İmperiyası, Samani əmirliyi və ya sadəcə olaraq Samanilər — 875–999-cu illərdə mövcud olmuş sünni Fars (Tacik) imperiyası. İmperatorluğun mərkəzi Xorasan və Transoxiana idi; ən böyük ölçüdə müasir Əfqanıstanı, İranın böyük hissələrini, Türkmənistanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Qazaxıstan və Pakistanın bir hissəsini əhatə edirdi. == Yaranması == Mərkəzi Asiyada Ərəb xilafətinin hakimiyyətinə qarşı xalqların azadlıq mübarizəsi onu zəiflədirdi. Xilafətin ayrı-ayrı yerlərində müstəqil feodal dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də IX əsrin sonlarına yaxın Mərkəzi Asiyada yaranmış Samanilər dövləti idi. Paytaxtı Buxara şəhəri olan Samanilər dövlətinin əsasını iri feodal sülaləsi olan samanilər qoymuşdur. Bu sülalənin banisi iri torpaq sahibi olan Saman Xudat idi. O, İslam dinini qəbul etmişdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar. İlk vaxtlarda Samanilər Xorasan valiləri Tahirilərin vassalları idilər.
Samanilər sülaləsi