SAMİRİ

rəvayətlərə görə Musa peyğəmbərin zamanında İsrail oğullarını qızıl buzov bütünə ibadət etməyə təhrik edən bir adam olmuşdur. Musa Allahla ünsiyyət qurmaq üçün Tur dağına getdikdən sonra o, israilliləri zinət əşyalarından qızıl buzov bütü düzəltməyə və ona tapınmağa çağırmışdır. Musa peyğəmbər geri qayıtdıqdan sonra xalqına qəzəblənmiş, Samirini isə lənətləyərək qovmuşdur. Başqa rəvayətlərə görə Samiri bu əməlinə görə öldürülmüşdür.
SALEH
SAVAB

Значение слова в других словарях