SANASİYA
(latın sanatio-müalicə, sağlamlaşdırma, sanomüalicə edirəm sözündən) -1) (iqtisadi) ya bütün iqtisadiyyatın və ya konkret iri (inhisarçı) sənae, ticarət, bank və s. qurumların (əsasən iqtisadi böhranlı vəziyyətlərdə) maliyyə vəziyyətlərinin yaxşılaşdırılması və ya bankrotluğa (iflasa) uğramasının qarşısının alınması və, yaxud rəqabət qabiliyyətinin artırılması məqsədi ilə dövlət tərəfindən (nadir hallarda digər qurumlar tərəfindən) keçirilən tədbirlər sistemi. Təcrübədə “daxili S.” halları da rast gəlir. S. metodlarına: borcun, subsidiyanın, datasiyanın verilməsi, vəziyyətdən asılı olaraq (əgər səhmdar (aksioner) cəmiyyətdirsə) ya səhimlərin buraxılışını artırılması və, yaxud əksinə, səhimlərin buraxılışını azaldılması, xitam edilməsi, köhnə səhimlərin nominal dəyərinin aşağı salınması, borcların, vergi və rüsumların ya bağışlanması, ya ödəmə vaxtının uzadılması və ya azaldılması, qurumun milliləşdirilməsi və s. daxil etmək olar. Misal: müflisləşmə təhlükəsi qarşısında duran “Deu” kor-porasiyasının borc və vergiləri Cənubi Koreya dövləti tərəfin-dən bağışlanmışdır; 2) (siyasi) “S. rejimi” - 1926-39-cu illərdə Polşada mövcud olmuş irticaçı rejimin geniş yayılmış adı. Hərbi çevirilişə hazırlıq şəraitində (1926 may) güruh tərəfindən “ölkənin siyasi və iqtisadi həyatına şamil edilən S.” şüarı irəli sürülmüşdür; 3) (tibb) müalicə-profilaktika tədbirləri sistemi.