Agiya-Triada sarkofaqı
Agiya-Triada sarkofaqı — Minoy sivilizasiyası dövrünə, təqribən e.ə. 1,400-cü ilə və ya bir neçə onilliklər sonraya aid, 137 santimetr (54 düym) ölçüdə, əhəngdaşıdan hazırlanmış olan uzun sarkofaq. 1903-cü ildə Kritdəki Agiya-Triada arxeoloji məntəqəsində məzardan qazılmış və hazırda İraklion Arxeoloji Muzeyində (AMH) nümayiş etdirilir.
Artefakt gipslə örtülmüş və bütün üzlərdə freska ilə boyanmışdır. Qədim misirlilərdən fərqli olaraq, minoylular freskalardan yalnız sarayları və evləri bəzəmək üçün istifadə edirdilər, cənazə mərasimi üçün yox. Bu, öz dövrünün bu günə qədər aşkar edilmiş yeganə əhəngdaşı sarkofaqıdır; daha kobud, adətən bir rəngdə boyanmış bir sıra kiçik terrakotta "kül sandıqları" var.