Schwerer Gustav
Schwerer Gustav (az: ağır qustav) və Dora adlı iki nümunəsi istehsal edilmiş 80 sm K (E), Almanların İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi 800 mm diametrlik lüləyə malik olan bir topudur. Sürüşdürmə dərəcəsi 48.5°, atış tezliyi 30-45 dəqiqədə 1 atış, gün ərzində 14 atış, mərninin çıxış sürəti 720 m/s (AP), 820 m/s (HE), effektiv mənzili və maksimum mənzili 48 km, istehsal xərci 7 Milyon Reichsmark olmuşdur.
1934-cü ildə Krupp şirkəti tərəfindən hazırlanan bu silah geniş sahəyə malik istehkam mövqelərini məhv etmək üçün hazırlanmışdır. Silah Alman mühəndisi Erich Müller tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Test mərhələsində top 250 atəş etmişdir. Təxminən 1350 ton ağırlığında idi və 48 km uzaqlıqdakı hədəfə 4800 kq mərmi göndərməyi bacarırdı. Heç bir motorlu nəqliyyat vasitəsi bu qədər ağır bir cismi hərəkət etdirə bilmədiyi üçün, dəmir yolunda daşınırdı. Topun hissələri 25 vaqonla daşınırdı. Topun hərəkət etməsi üçün 2500 nəfər dəmir yolu xəttini çəkməli idi. Əlavə olaraq silahı düzəltmək və atəşə hazır vəziyyətə gətirmək üçün 20-si mühəndis olmaqla 5.000 adama ehtiyac var idi.