Sementləmə
Sementləmə, quyuların sementlənməsi — qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın sement məhlulu ilə doldurulması. Sementləmə neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin
kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədilə aparılır. Sementləmədən neft və qaz quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s. hallarda da istifadə olunur.