Sankt-Qallen
Sankt-Qallen (alm. St. Gallen, Şablon:Dil-als [saŋ.ˈg̊ːalə], fr. Saint-Gall, it. San Gallo) — İsveçrənin şərqində yerləşən şəhər, Sankt-Qallen kantonunun paytaxtı. Şəhər Konstans gölünün yaxınlığında dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və İsveçrənin ən yüksək şəhərlərindən biridir.
Müqəddəs Qallın şərəfinə adlandırılmışdır. Kitabxananın barok zalı olan monastır binaları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Şəhər VII əsrdə qurulmuşdur və şərqi İsveçrənin mədəni və iqtisadi mərkəzidir. Müasir şəhərə köhnə şəhər məhəlləsi (1798-ci ilə qədər - imperiya şəhəri və Sankt-Qallen Respublikası) və əvvəllər kommunalara aid olan bir sıra ətraf kəndlər (Hafnersberg, Rotmonten, Bruggen, Lachen, Sankt-Fiden və s.) daxildir.