Senyoraj

pul emissiyası hüququnun dövlətin və ya dövlətin səlahiyyət verdiyi hər hansı bir qurumun monopol yurisdiksiyası altında olmasından daxil olan gəlir.
Sentimo
Separatizm
OBASTAN VİKİ
Senyoraj
Senoraj (fr. seigneuriage)— Fransız sözü senyor (yəni, öz ərazisində pul çapetmə səlahiyyətinə malik yeganə feodal) sözündən yaranıb və pul çapı vasitəsi ilə yaradılan gəlir mənasını verir. Pul təklifindəki artım inflyasiyaya səbəb olur. Bəs nəticədə inflyasiya baş verəcəksə, mərkəzi banklar niyə pul çap edirlər? Bunun əsas səbəbi senyorajdır. Dövlət müəyyən mal və xidmətlərin alınmasına, eləcə də əhalinin az gəlirli təbəqəsinə transfertlərə müəyyən xərclər çəkir. Hökumət bu xərcləri müxtəlif yollarla (vergi, məqsədli fondlardan büdcəyə transferlər, dövlət əmlakının satışından gəlirlər və s.) təmin edə bilər. Bu yollardan biri də senyorajdır. Senyoraj bir baxımdan inflyasiya vergisidir. İnflyasiyanı bir vergi kimi görmək ilk növbədə çətin ola bilər.

Значение слова в других словарях