seratitlər

seratitlər
seratit
serb
OBASTAN VİKİ
Seratitlər
Seratitlər və ya Ceratitida — monomorf ammonitləri əhatə edir, çox nadir hallarda və yalnız triasda heteromorf qabıqlı seratitlər yayılmışdır. Sonuncular arasında — düz, dolaqları bir-birinə toxunmayan yastı-spiralvari, vint — spiralvari və b. formaları məlumdur. Hamar səthli formalarla yanaşı, skulpturalı (qabırqalar, tikanlar, şişkinliklər, killər və b.) formalar da vardır. Sifon ventral (kənar) vəziyyət tutur və qarın tərəfə yaxındır. Arakəsmə (tikiş) xətti əsasən seratit (çox nadir hallarda ammonit) tiplidir. Goniatitida və Agoniatitida dəstələrinin seratit xəttitndən fərqli olaraq qanad xətlərinin əsası diş-dişdir. Monomorf seratitlər ilə müqayisədə heteromorf seratitlər arakəsmə xətləri sadədir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.