Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır.
İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur.
İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar.