SERVİTUT

is. \[lat. servitutis "tabeçilik"\] hüq. Əşya hüququnun xüsusi növü. Servitut müəyyən edilmiş həddə özgəsinin əşyasından istifadə etmək, yaxud onun mülkiyyətçisini müəyyən dərəcədə məhdudlaşdırmaq hüququndan ibarətdir. Servitut institutu Roma hüququnda formalaşmışdır. Torpaq servitutu (məsələn, başqasının sahəsindən keçmək hüququ), şəxsi servitut (məsələn, ömürlük olaraq başqasının əşyasından istifadə hüququ – uzufrukt) məlum idi. Feodalizm dövründə Roma hüququnu mənimsəmiş ölkələrdə yayılmışdır. Burjua hüququ da servitutu saxlamışdır. Diplomatik təcrübədə və beynəlxalq hüquq ədəbiyyatında "Servitut" terminindən bir dövlətin ərazi hüquqlarının başqa dövlətin xeyrinə məhdudlaşdırılmasını bildirmək üçün istifadə edilir (məsələn, özgə ərazidə hərbi dəniz bazalarının, settimentlərin yaradılması və i.a.).
SERVER
SEZAR

Значение слова в других словарях