SHADOW

shadow1

n 1. kölgə; to cast / to throw a ~ 1) kölgə salmaq; These trees cast long shadows Bu ağaclar, uzun kölgələr salır; 2) məc. kədərləndirmək; ovqatını təlx etmək; 2. pl toran, qaş qaralma; 3. işarə; a ~ of a smile təbəssüm işarəsi;

◊ to be afraid of one’s (own) ~ öz kölgəsindən qorxmaq; to quarrel with one’s own ~ mənasız yerə özündən çıxmaq

shadow2

v 1. kölgələmək, kölgələndirmək, kölgə salmaq; Great trees shadowed this place Böyük ağaclar bu yerə kölgə salırdı; 2. kədərləndirmək, qəmləndirmək; 3. gizli işləmək; I knew that I was being shadowed Mən bilirdim ki, məni izləyirlər

SHADENESS
SHADOWY
OBASTAN VİKİ
Storm Shadow
Storm Shadow — 1994-cü ildən etibarən Matra və British Aerospace şirkətləri tərəfindən hazırlanaraq inkişaf etdirilmiş və hal-hazırda MBDA tərəfindən istehsal olunan Britaniya-Fransa mənşəli uzun mənzilli, stels texnologiyasına əsaslanan havadan buraxılan qanadlı raketdir. "Storm Shadow" silahın ingilis dilində olan adıdır; Fransada isə silah SCALP-EG (fr. Système de Croisière Autonome à Longue Portée – Emploi Général; azərb. Uzun mənzilli avtonom qanadlı raket sistemi - Ümumi təyinatlı‎) kimi tanınır. Raket fransızlar tərəfindən hazırlanmış olan “Apaçi” adlı qanadlı raketə əsaslanır, lakin kassetli sursatların əvəzinə tək döyüş başlığı daşıması ilə ondan fərqlənir. Matra və British Aerospace 1996-cı ilin iyul ayında Konvansiyonal (Adi) Silahlı Standoff Raketi (CASOM) üçün əsas podratçılar olaraq seçilmişdirlər. Storm Shadow raketinin dizaynı Matra şirkətinin Apache uçuş-enmə zolaqlarına (pist) qarşı nəzərdə tutulmuş qanadlı raketinə əsaslanırdı. Matra və BAE 1997-ci ilin fevral ayında Matra BAe Dynamics adlı yeni bir şirkəti yaratmaq üçün birləşmələrini başa çatdırmışdırlar. Fransa 1998-ci ilin yanvar ayında 500 ədəd SCALP raketi üçün sifariş vermişdir. Storm Shadow/SCALP EG raketinin ilk müvəffəqiyyətli idarə olunan buraxılışı 2000-ci ilin dekabr ayında Fransada Miraj 2000 və 2001-ci ilin may ayında İngiltərədə Panavia Tornado hərbi təyyarələrindən həyata keçirilmişdir.
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə "The Age of the Understatement" adlı debüt albomunu buraxıb. Onlar 2016-cı ildə uzun bir fasilədən sonra geri qayıdaraq ikinci albomları olan "Everything You've Come to Expect"-i yayımlayıblar. 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş üzvü Ceyms Fordla albom yazdıqlarını bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in canlı çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişlənmişdir, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəlib. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.
Shadow of the Tomb Raider
Shadow of the Tomb Raider — Eidos Montréal tərəfindən hazırlanan və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyunudur. Bu 2015-ci il istehsalı olan Rise of Tomb Raiderin hekayəsini davam etdirir və Tomb Raider seriyasındakı on ikinci əsas oyundur.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl (azərb. S.T.A.L.K.E.R.: Çernobılın kölgəsi‎) - Ukrayna istehsalçısının, GSC Game World kampaniyasının videooyunu, birinci üzdən şuter. Oyunun hərəkəti Çernobıl zonasında olur. Oyunda müxtəlif qruplaşmalar, bədheybətlər və anomaliyalar var. Həmçinin oyunda artefaktları yığmaq, ticarət etmək, və müxtəlif stalkerlərlə ünsiyyət saxlamaq imkanı nəzərdə tutulmuşdur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Lights and Shadows
Lights and Shadows (azərb. İşıqlar və kölgələr‎) — Niderlandın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. O'G3NE qrupu "Lights and Shadows" mahnısı ilə Niderlandı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının sözləri Rik Vol, musiqisi isə Rori de Kivitə aiddir.