Silhmə
Qərbi Azərbaycanın Qafan və İrəvan şivələrində “yağda bişirilmiş yumurta, qayğanaq” mənasında işlənir: -Silhmiyə bəhməz tökəndə lap daddı olar (Qafan); Silhməni pişik yedi (İrəvan)(1, 361)
“Qayğanaq” mənasında işlənən “silhmə” sözünə Naxçıvan dialektində və Şərur şivəsində də rast gəlinir. (11,437)
Qarakilsə şivəsində bu söz tamam başqa mənada (“səlbə” mənasında) işlənir. (10, 331)