Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur.
Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi.
Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.