sintez
sintezləmə
OBASTAN VİKİ
Sintezator
Sintezator — bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan (sintez edən) elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsusiyyətlərini dəyişməklə (analoq sintezatorda) və mərkəzi prosessorun parametrlərini dəyişməklə (rəqəmsal sintezatorda) almaq mümkündür. Klaviatura da daxil olmaqla yalnız bir korpusdan ibarət sintezator klavişli sintezator adlanır. Klaviaturasız sintezator sintezator modulu adlanır və MIDI kontroller ilə idarə olunur. Əgər klavişli sintezatorda daxili sekvenser də mövcuddursa, buna workstation deyilir. Kompüter proqramı sintezator kimi istifadə olunursa, bu, sintezator proqramı adlanır. Səs dalğasının generasiya metoduna görə sintezatorların bir sıra növləri var. Additiv (toplanan) sintez, sadə səs dalğasının (əsasən sinusoidal) müxtəlif tezliklər və amplitudlarla superpozisiyası ilə reallaşan sintez metodudur. Subtraktiv (çıxılan) sintezdə səs, original dalğa fomasının müxtəlif filtrlərdən, envelop generatorlarından keçirilməsi ilə alınır. Müasir sintezatorlarda subtraktiv sintezdən geniş istifadə olunur.
Kimyəvi sintezatorlar
Kimyəvi sintez — kimyəvi birləşmələrin kimyəvi və fiziki metodlarla alınmasıdır. Kimyəvi maddələrin təbiətindən asılı olaraq, bu sintezlər üzvi və ya qeyri-üzvi ola bilərlər. == Üzvi sintez == Üzvi kimya tarixini bir neçə dövrə bölmək olar. Birinci dövr — bu üzvi kimya anlayışının meydana çıxması dövrü. İkinci dövr — kimyada atom-molekul anlayışları və çəki nisbətlərinin irəli sürülməsi, maddənin saxlanması qanunu kimi Lavuazye-Lomonosov fikirlərinin meydana çıxması ilə əlaqədar olan dövrdür. Üçüncü dövr sintez və quruluş nəzəriyyəsi dövrü adlana bilər; bu dövr keçən əsrin ortalarından başlayaraq 1920-ci illərə qədər davam etmişdir. Bu dövrdə üzvi kimyanın tərəqqisinə, əsasən, aşağıdakı 3 fakt səbəb olmuşdur: həyat qüvvəsi nəzəriyyəsinin məğlubiyyəti və bununla əlaqədar olaraq üzvi sintezin tərəqqisi; A. M. Butlerovun nəzəri cəhətdən kimya tarixində böyük əhəmiyyəti olan quruluş nəzəriyyəsi; daş kömür qatranının emalı və bununla əlaqədar olaraq yeni üzvi sintetik kimya sənayesinin meydana çıxması. Dünyanın müxtəlif laboratoriyalarında müxtəlif üzvi maddələr sintez edilir və bəzən yeni üzvi maddələr əvvəlcə laboratoriyalarda sintez olunur, sonra təbiətdə tapılırdı. Hazırda kimya laboratoriyası bu cəhətdən təbiəti ötmüşdür, təbiətdə olmayan bir çox üzvi maddələr sənaye miqyasında zavodlarda min tonlarla alınmaqda və işlənməkdədir. == Kimyəvi materialşünasılıqda sintez metodları == Kimyəvi materialşünaslıqda bir sıra sintez metodları geniş istifadə olunur.

Значение слова в других словарях