Sirkonium
Sirkonium (Zr) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 40-cı element. (fars dilinden زرگون/ zargoon) Poladın əldə edilməsində, vakuum tiplərində, cərrahi tətbiqlərdə, flaş lampalarda, partlayıcılardan və süni ipəyin əldə edilməsində istifadə edilir. Paslandırıcı maddələrlə çalışan kimya sahələrində də geniş istifadə olunur. Niobiumla birləşdiyində, aşağı temperaturda super keçirici xüsusiyyət göstərir. Sirkonium oksid, istilik şokuna dayanıqlı laboratoriya materialları istehsalında, metallurgiya sobaların örtülməsində və istiliyə dayanıqlı maddə olaraq şüşə-keramika sənayələrində istifadə edilir. Bundan başqa, çalğı alətlərinin və soba kərpiclərinin istehsalında da sirkoniumdan faydalanılır.