Sitrin
Sitrin — sarı rəngli kvars, qiymətli daş.
Sitrin termini mineral aləmə 1747-ci ildə Valerius tərəfindən daxil edilib. Sitrin limon rəngli mineraldır.
Sitrin-işıq rəmzi, əhval ruhiyyənin simvoludur. Bu şəffaf daş sizə çox eleqant görkəm verər və hər geyim növü ilə sizi iştirak etdiyiniz hər hansı bir ziyafətin şahanəsi edər. Sitrin soyuq brilliantdan fərqli olaraq insana bir sakitlik və əminlik bəxş edir.
Sitrin daşın bir çox qəribə xüsusiyyətləri, möcüzələri də var:
Gəlin ən əsasını xatırladaq. Qədim Romada natiqlər ən hörmətli, izzətli insanlar sayılırdı. Onlara orator deyirdilər. Nitqində defekt olan insanlar ağızlarına xırdaca daşı götürüb uzun müddət dəniz kənarında məşq edərdilər.