SİZİN

мест. ваш:
1. принадлежащий вам. Sizin ev ваш дом, sizin şeyləriniz (əşyalarınız) ваши вещи
2. исходящий от вас. Sizin sözləriniz məni sevindirdi ваши слова обрадовали меня
3. приятный (угодный знакомый) вам. Sizin dostunuz özünü yaxşı cəhətdən göstərdi ваш друг показал себя с хорошей стороны
SİZCƏ
SİZİNKİ
OBASTAN VİKİ
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Zərifliklə sizin (film, 1941)
"Zərifliklə sizin" (ing. Affectionately Yours) — 1941-ci ildə istehsal olunan rejissor Lloyd Beykonun komediya melodramı. == Süjet == Evli müxbirin işi onu bütün dünyanı səyahət etməyə məcbur edir, bu da ona yerli qadınlara rast gəlməyə imkan yaradır. Amma Lissabonda növbəti intriqa zamanı o, xəbəri alır ki, onun arvadı başqa kişini tapıb və ondan ayrılmaq istəyir. Nikahını xilas etmək üçün o, təlaşlı halda ABŞ-yə geri yönəlir, amma Lisabonlu qız vəziyyətdən istifadə etməyə qərar verib müxbirin ardınca gedir.
Sizin poçt indeksiniz (film, 1974)
== Məzmun == Filmdə poçt indeksinin düzgün doldurulmasından, bunun poçt xidmətini xeyli asanlaşdırmasından bəhs olunur. == Film haqqında == Film Azərbaycan Rabitə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
İnternetdə heç kim sizin it olduğunuzu bilmir
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. == Tarixi == Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. == Konteksti == Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
7 il sizinlə (film, 2007)
9 il sizinlə (film, 2014)
Söz sizindir, şəriklər (film, 1983)
== Məzmun == Filmdə şəriklərin kooperasiyası və onların fəaliyyəti haqqında söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.