Skeletons (Dihaj mahnısı)
Skeletons (azərb. Skeletlər) - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə dijital yükləməyə çıxarılmışdır. Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır.
== Avroviziya Mahnı Müsabiqsəində ==
DiHajın Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi 5 dekabr 2016-cı ildə təsdiqlənmişdir. 11 mart 2017-ci ildə DiHajın ifa etdiyi "Skeletons" mahnısının musiqi videosu təqdim edilmişdir. Müsabiqənin finalında Diana "Skeletons" mahnısı ilə 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.