skreper
skrinninq
OBASTAN VİKİ
Skrinşot
Skrinşot (ing. screenshot) ya da ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalmaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-/videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı "yaxalamaq" yoluyla əldə edilir. Microsoft Windows əməliyyat sistemində ekran görüntüsü almağın ən sadə üsulu klaviaturada PrtScr klavişindən (bütün ekran üçün), yaxud Alt + PrtScr (aktiv pəncərə üçün) klavişlər kombinasiyasından istifadə etməkdir. Bu zaman görüntü əməliyyat sisteminin mübadilə buferinə köçürülür və sonradan istənilən qrafik redaktora qoyula, zərurət olarsa, redaktə oluna bilər. Bundan başqa, əksər hallarda görüntü mətn redaktorunda (məsələn, Microsoft Word və ya OpenOffice.org Writer) sənədə qoyula bilər. Ekran görüntüsü almaq üçün Vista versiyasından başlayaraq Windows əməliyyat sistemində xüsusi proqram – Snipping Tool proqramı nəzərdə tutulub. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях