Petko Slaveykov
Petko Slaveykov – (bolq. Петко Рачов Славейков; 17 noyabr 1827[…], Veliko Tırnovo – 1 iyul 1895[…], Sofiya)Bolqar şairi, publisisti, ictimai xadimi və folkloristidir.
Slaveykov 1827-ci ildə Tarnovoda doğuldu. Anası Penka doğum zamanı vəfat etdi, Petko möcüzəvi şəkildə sağ qaldı. Atası Raço misgər idi. Petko anasının yaşadığı Vişovqrad kəndində çoxlu bülbüllər (bolq. slavey) gördü və soyadını Slaveykov olaraq dəyişdirməyə qərar verdi.
Slaveykov təhsilini Tarnovo, Dryanovo, Tryavna monastırlarında aldı. Tarnovo yaxınlığındakı monastır kitabxanasında kitab oxuyaraq özünü inkişaf etdirdi. Qərbi Avropa və Serb ədəbiyyatı ilə tanış oldu, yunan dilini öyrəndi.