SMB

Server Message Block Server məlumatı bloku
SLIP
SMIB
OBASTAN VİKİ
II Smbat
II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı. II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır. 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
I Smbat
I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı. Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır: “Sünik sülaləsindən olan böyük ər Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.” Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu. 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor, Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.