Alisa Hers-Sommer
Alisa Hers-Sommer, həmçinin Alisa Sommer (26 noyabr 1903[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan – 23 fevral 2014[…], London) — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır.
Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir.
== Həyatı ==
Hers 26 Noyabr 1906 cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur.Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir.Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi.
Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı.Sonralar 1986-cı ilde Londona köçdü.Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir.
Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.