somnambul
somnologiya
OBASTAN VİKİ
Somnambulizm
Lunatizm (Somnambulizm) — xəstəlik olaraq yuxu zamanı insanın qeyri-iradi hərəkətləridir. Lunatikləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onları şeytan adlandırırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. Lunatik latın sözü olub, yuxuda gəzən deməkdir. Lunatiklər hələ yazı meydana gəlməzdən əvvəl mövcuddurlar. İlk lunatik isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib. Qeyd edək ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir.

Значение слова в других словарях